Dünya 19:11 10.08.2020

Lukaşenko ölkəni qarışdırmaq istəyən “xaricilərin” adını açıqladı

Prezident Aleksandr Lukaşenko gecə nümayişlərinin xaricdən idarə edildiyini və Rusiya vətəndaşlarının da aksiyalarda iştirak etdiyini söyləyib.

Qaynarinfo xəbər verir ki, o, ölkədə qarışıqlıq salmağa çalışıldığını bildirib, lakin cavabın adekvat olacağını və ölkəsinin parçalanmasına imkan verməyəcəyini deyib.

Belarus liderinin sözlərinə görə, "birgə müxalifət qərargahından olan qoyunlar" Çex Respublikasından idarə olunub:

"Mən hələ Polşanı demirəm. Hamı orada toplaşıb və ipləri çəkməyə başlayıblar".

Lukaşenko həmçinin Ukraynadadan da iğtişaşlarda iştirak etmək üçün gələnlər olub və "təəssüf ki, Rusiyadan müəyyən bir insan axını da buraya daxil olub”.
Bununla yanaşı, Lukaşenko bütün bu müdaxilələrin dövlət səviyyəsində olmadığını vurğulayıb.
 
Alpər