Lütfi Zadənin oğlu: "Atam özünün yandırılmasını vəsiyyət etdi, amma..." (VİDEO)

Lütfi Zadənin oğlu: "Atam özünün yandırılmasını vəsiyyət etdi, amma..." (VİDEO)

Alim Lütfi Zadənin oğlu Norman Zadə atası haqda danışıb. 

"Qaynarinfo" BAKU.WS-ə istinadən məlumat verir ki, bir müddət əvvəl Azərbaycan mətbuatında professorun ölümü barədə saxta xəbər yayımlanıb. 

Guya o, 97 yaşında, Berkeley, Kalifornia ştatında vəfat edib. Söhbət "Vikipediya"ya qədər çatıb. Lütfi Zadənin səhifəsində də ölüm tarixi 2017-ci il avqustun 12-si olaraq göstərilib.

Əslində isə ağır vəziyyətdə olan professor vəsiyyətini açıqlayıb. O, Azərbaycanda dəfn edilməsini istəyib. Bu xəbər professorun qohumları və soydaşlarını təəccübləndirib. Axı karyerasının və həyatının böyük hissəsini ABŞ-da keçirib, sevimli həyat yoldaşı da burada dəfn olunub. Əvvəla, o və həyat yoldaşı kremasiya olmağını arzulayırdı.

Professorun vəsiyyətinin ölümqabağı dəyişdirilməsinə nə səbəb ola bilər? 

Hamını maraqlandıran suallara cavab tapmaq üçün Lütfi Zadənin oğlu Normanın Los-Ancelesdəki villası ziyarət edilib.

Kaliforniyalı multimilyoner, alimin yeganə oğlu, atasının vəziyyəti haqqında dəqiq məlumat verdi.

Norman Zadə (Nəriman) BAHAR Şow üçün videomüsahibədə, atasının birdən-birə vəsiyyətini dəyişdirməsinin mümkün səbəblərini açıqladı. 

O, atasının səhhəti haqda və səs küylü vəsiyyəti ilə bağlı danışıb: "Prezident İlham Əliyev də istəyir ki, atam Bakıda dəfn olunsun. Mən Azərbaycan prezidentindən elektron məktub almışam. Məktubda deyilir ki, hökumət bizə istənilən köməyi göstərməyə hazırdır. Mən atamın cəsədinin Bakıya göndərilməsini təşkil edə bilərəm. İnanıram ki, professor Şahnaz da mənə kömək edəcək". 

Alimin oğlu bildirib ki, atası Azərbaycanı sevsə də, Vətənində onu sevməyənlər var.

"Atam uzun illər ABŞ-da yaşamasına baxmayaraq, Azərbaycanda dəfn edilməsini vəsiyyət edirsə, deməli, o, öz vətənini çox sevir. O, bu torpaqları çox sevdiyini deyir. Onun öz həyatı ilə bağlı düşünməsi üçün kifayət qədər vaxtı var idi. Mənim atam ştatları çox sevirdi, amma mən əminəm ki, o Azərbaycanı daha çox sevir". 

Lütfi Zadənin ailəsi SSRİ-nin vaxtında Azərbaycandan İrana mühacir etməsinə baxmayaraq o, özünü heç vaxt fars hesab etməyib.

"Azərbaycanda olmaq həmişə mənim arzum olub. ABŞ-da məni və atamı bəziləri sevmir. Burada azərbaycanlılar mənə və atama qarşı böyük hörmətlə yanaşır və mənim onlara qarşı simpatiyam var".

Alimin oğlu öz uşaqlığından da danışıb. O, uşaq vaxtı heç vaxt professorları anlamadığını deyib: "Ağıllı professorların danışıqlarını heç vaxt başa düşmürdüm. Universitetdə alimlərin dərslərində otururdum, amma onların danışığı mənə çatmırdı. Hərdən hesab edirdim ki, mən ağıllı deyiləm. Amma evdəki intelektual söhbətlərdən xoşum gəlirdi".

Qaynarinfo.Az


XƏBƏRLƏR
BLOGLAR