Maqazin 15:09 28.11.2019

Macarıstan Avroviziyanı "homoseksual donanması" adlandırıb, iştirakdan imtina etdi

Macarıstan hökuməti Avroviziya beynəlxalq mahnı yarışmasında iştirakdan imtina etmək qərarına gəlib.

Qaynarinfo The Guardian-a istinadən xəbər verir ki, bu addım əhalinin psixoloji sağlamlığını qorumaq naminə atılıb. Avroviziyanın ölkədə homofob düşüncələri artırdığı iddia edilir.

Macarıstan Dövlət Televiziya və Yayım Şirkətinin (MTVA) nümayəndəsi, LGBT icması ilə yaxınlıq səbəbindən iştirakdan imtina etmək qərarına gəldiklərini bildirib. Rəsmi cavabda MTVA nümayəndələri müsabiqədə iştirak etmək yerinə macar ifaçılarını tanıtmaqla məşğul olacaqlarını söyləyiblər.
 
Camal