Dünya 17:45 25.01.2018

MADO satıldı

Türkiyənin məşhur MADO şirkətinin 42 faizi satılıb.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, şirkətin səhmləri Qətərin "Əl Sraiya” və "Venture Kapital” şirkəti tərəfindən alınıb.

MADO-nun baş direktoru Gürol Çıragöz satışla bağlı məlumatı təsdiqləyib: "20 ölkədə 50 mağazamız var. Bunu daha da artırmaq və qlobal oyunçu olmaq niyyətindəyik. Bu ortaqlıq hədəflərimizi həyata keçirməyə dəstək verəcək”.

Qeyd edək ki, MADO-nun Bakıda da bir neçə restoranı fəaliyyət göstərir.