Dünya 12:38 31.01.2019

Maduro: "ABŞ Venesuelanı Liviya və İraqın gününə salmaq istəyir"

"Venesuelaya qarşı başda ABŞ olmaqla, beynəlxalq aləmdə də dəstəklənən psixoloji və informativ müharibə başlayıb".

Qaynarinfo xəbər verir ki, bunu Venesuelanın dövlət başçısı Nikolas Maduro deyib. O, sosial şəbəkə hesabında video paylaşaraq son zamanlar baş verən proseslərə aydınlıq gətirib.

Ölkəsində ABŞ-ın maliyyəsi və idarəçiliyi ilə çevrilişə cəhd olduğunu ifadə edən Maduro yalan informasiyalar yayımlandığını deyib:

"Yalan xəbərlər hazırlayıb, montaj videolar paylaşırlar. ABŞ mediasının sizə göstərdiklərinə inanmayın. Venesuelaya müdaxilə edmək üçün məni kütləvi silahlarım olduğunu bəhanə edə bilmədikləri üçün, hər gün yalan xəbərlər hazırlayaraq ölkəyə müdaxiləni haqlı göstərməyə çalışırlar".

O, ABŞ xalqına da səslənərək, onları birlik olmağa çağırıb:

"Latın Amerikasında daha bir Vyetnam hadisəsi yaşanmasına icazə verməyək. Əgər ABŞ bizə müdaxilə etsə, düşündüyündən daha pis Vyetnam ilə qarşılaşacaq. Şittədə yol verməyək, biz sülh xalqıyıq. Simon Bolivar və Uqo Çaves tarixi ilə qürur duyuruq".

Maduro ABŞ-ın əsas niyyətinin əslində Venesuelanın neftinə əl qoymaq olduğunu bildirib və ölkədə sağlam demokratiyanın hökm sürdüyünü qeyd edib:

"Biz dünyanın ən çox neft ehtiyatına sahib ölkəsiyik. ABŞ Liviya və İraqda elədiyi kimi bizim də neftimizi ələ keçirməyə çalışır. Dünyada ən çox qızıl rezervi və dördüncü ən çox qaz ehtiyatı olan ölkəyik. Bizə hücum etməkdə əsas məqsəd böyük ehtimalla təbii sərvətlər və enerji zənginliyinə sahib olmağımızdır. Bu səbəbdən sizləri düşüncəli olaraq Donald Tramp hökuməti ətrafında toplaşan Mayk Pompeo, Con Bolton, Mayk Pens kimi radikalların Venesuela haqqındakı yalanlarına inanamamağa və idarə etdikləri çevrilişin həyata keçməsinə imkan verməməyə çağırıram".

O, ABŞ-ın Trampdan daha böyük olduğunu və problemləri diplomatik və sülh yolu ilə həll etmək istədiyini deyib və venesuela xalqına hörmətlə yanaşılmasını istəyib. ABŞ xalqının dəstəyini xüsusilə Amerikada ikinci bir Vyetnam müharibəsi olmaması üçün istəyirəm.

Qeyd edək ki, 23 yanvarda müxalifətin keçirdiyi mitinqlər ölkə və bölgədə son dərəcə önəmli hadisələrin baş verməsinə səbəb olub.