Xəbər lenti

Magistraturaya qəbul bu qaydada aparılacaq - DİM açıqladı
Ölkə 15:21 14.01.2020

Magistraturaya qəbul bu qaydada aparılacaq - DİM açıqladı

Magistraturaya qəbul bakalavrın birmərhələli qəbul imtahanından topladığı bal əsasında aparılacaq.

Qaynarinfo-ya Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bakalavr müsabiqədə imtahandan topladığı bal əsasında iştirak edəcək.

Bildirilib ki, ümumi orta müvəffəqiyyət göstəricisindən (ÜOMG) isə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün əlavə göstəricilərdən biri kimi istifadə edilir:

"Bir daha qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmaları və jurnalistika üzrə magistratura ixtisaslaşmalarından başqa qalan bütün ixtisaslaşmalara qəbul imtahanı bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulub.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı (məntiq, informatika, xarici dil) nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar isə qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Qabiliyyət imtahanından "məqbul” qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılacaqlar”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->