Mədətovlar ailəsindəki qalmaqal son günlər gündəmdən düşmür.
Qaynarinfo xəbər verir ki, prodüser Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və başqası ilə ailə qurmasını övladları qəbul etməyib.
Prodüserin oğlu, "Qarabağ" futbol klubunun üzvü Mahir əvvəlcə atasının adından və soyadından imtina edərək, yeni şəxsiyyət vəsiqəsi əldə edib. Bu dəfə isə Mahir "Wikipedia"da özü ilə bağlı bütün məlumatlarda dəyişikliyə əl atıb. O, atası ilə bağlı hissəni oradan sildirib. Mahir şəxsiyyət vəsiqəsində olduğu kimi atasının adını Mahir, soyadını isə Emreli kimi qeyd edib.
Qeyd edək ki, Anar Samirə adlı vizajistlə ailə qurur. Cütlüyün xına mərasimi olub. Anar bildirib ki, toy etməyəcək. O, artıq kəbin kəsdirdiyini açıqlayıb. (Axşam.az)
Şərhlər