Hadisədən sonra Malayziya hakimiyyəti hesab edirdi ki, 2014-cü ildə MH370 reysiylə uçan Malayziya Boeing-in yoxa çıxmasının səbəbi pilotun intihar etməsidir.
Qaynarinfo xəbər verir ki, bu barədə bu gün Avstraliyanın keçmiş baş naziri Toni Abbott deyib.
"Malayziya hakimiyyəti əvvəldən hadisənin səbəbinin pilotun intiharı olduğunu düşünürdü... Son dərəcə açıq şəkildə demək istəyirəm ki, ən yüksək səviyyədə o fikirdəydik ki, insanların kütləvi ölümünə səbəb intihardır”.
Xatıladaq ki, Kuala Lumpurdan Pekinə uçan təyyarə 8 Mart 2014-cü ildə Hind okeanı üzərində qəzaya uğradı. Gəminin göyərtəsində 239 nəfər olub. Laynerin parçaları sonradan Mozambik və Madaqaskarın sahillərində aşkar edilib, lakin qəza yeri və təyyarənin əsas hissələri tapılmayıb. Fəlakətin dəqiq səbəbini də müəyyən etmək mümkün olmayıb.
30 iyul 2018-ci ildə qəzayla bağlı yekun hesabat yayımlanıb. Hesabatda axtarış-xilasetmə əməliyyatı zamanı bir neçə səhv buraxıldığı deyilib.
Şərhlər