"Mançester Yunayted"in yeni baş məşqçisi alman oldu

"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşib.

Qaynarnfo xəbər verir ki, komanda Ralf Raqnikə tapşırılıb. Bu haqda Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Baş məşqçi postunda Ole Qunnar Sulşeri əvəzləyən 63 yaşlı mütəxəssis "Mançester Yunayted"lə mövsümün sonunadək müqavilə imzalayıb. 

Ranqnik son olaraq Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışırdı.
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X