Dünya 12:57 13.07.2020

Mandelanın səfir qızı vəfat etdi

Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın kiçik qızı Zinji Mandela Hlonqvana 59 yaşında dünyasını dəyişib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, Cənubi Afrikanın Danimarkadakı səfiri vəzifəsində çalışıb.

Zinji Mandela Hlonqvana 2015-ci ildə səfir təyin olunub və ölənə qədər bu vəzifədə olub. Eyni zamanda bir neçə şeir kitabının müəllifidir.

Camal