Maqnit qasırğası nəticəsində xroniki xəstəliklərdən, ürək xəstəliyindən əziyyət çəkən insanların səhhətində problem yarana bilər.
Axar.az xəbər verir ki, bu sözləri Bioloji Təbabət Klinikasının kardioloqu Aynur Məmmədova oktyabrın 13-ü Yer kürəsində baş verməsi gözlənilən maqnit qasırğasının insan sağlamlığına zərərləri barədə danışarkən deyib.
“Adətən fəsil dəyişiklikləri və qasırğalar insan orqanizminə təsirsiz ötüşmür. Bununla əlaqədar olaraq insanlarda baş gicəllənmələri, baş ağrıları, təzyiqdə dəyişmələr müşahidə oluna bilər. Buna görə də xroniki xəstəlikləri olan insanların istifadə etdiyi dərman dozalarını həkimlə məsləhətləşməsi və mümkün qədər evdən bayıra çıxmaması tövsiyyə olunur”, - həkim bildirib.
Qeyd edək ki, oktyabrın 13-ü Yerdə güclü maqnit qasırğası başlayacaq və iki gün davam edəcək. Bundan başqa, qasırğadan əvvəl – oktyabrın 11-12-də, eləcə də oktyabrın 15-də Yerin maqnitosferinin qasırğanın təsiri altında olacağı bildirilir. Maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.
Qaynarinfo.Az
Şərhlər