Xəbər lenti

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)
Ölkə 17:34 20.02.2025

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

"Əgər ayı, maral, dovşan və s. kimi heyvanların əti biznesə çevrilirsə, bu heyvanların qanundankənar ovlanması baş verirsə, belə olan halda hökumət ciddi tədbirlər görməlidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli Bakıda ayı, dovşan, maral ətindən hazırlanan məhsulların satışından danışarkən deyib. 

O bildirib ki, ayrı-ayrı ölkələrdə dovşan, ayı, maral və digər heyvanlar ovçular cəmiyyətinin üzvləri tərəfindən ovlanılır və emal olunur:

"Bunlar müəyyən kvotalarla həyata keçirilir. Belə hallar əvəllər Rusiyada olub və sovet dövründə də vardı. Pis heç nə yoxdur. Əsas odur ki, sanitar qaydalara əməl olunsun. Əgər dovşan, ayı, maral və s. heyvanların ovuna icazə verlibsə, baytar həkimin rəyi varsa, burada problem də olmayacaq. Kimsə dovşan, kimsə ayı, kimi də maral ətini xoşlayır. Bu, problem deyil, amma bir şərtlə ki, hamısı qanunauyğun şəkildə olsun”. 

Vahid Məhərrəmli Azərbaycanda dovşan saxlayan ailələrin çox olduğunu bildirib:

"Ümumiyyətlə, bütün dünyada dovşan saxlayırlar və müəyyən bir etapdan sonra kəsimə verirlər. Emalı da mümkündür. Söhbət çöl deyil, fermalarda saxlanılan dövşanlardan gedir. Bu, digər ölkələrdə normal qəbul edilir”. 
 


Qiymətlərə gəlincə, ekspert bunların fərqli olduğunu qeyd edib:

"Dovşan əti bütün dünyada ucuzdur. Ayı və maral ətinin qiyməti də fərqli ola bilər, çünki bazar iqtisadiyyatıdır. Tələbat varsa, bu ətlər yüksək qiymətə satılacaq, tələbat yoxdursa, məcbur olub aşağı qiymətə satacaqlar”. 

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları plandankənar yoxlama zamanı paytaxtın Nərimanov rayonundakı mağazaların birində ayı, dovşan, maral ətindən hazırlanmış konservlər aşkarlayıb. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->