Dünya 19:00 22.04.2021

Mars atmosferində ilk dəfə oksigen əldə edildi – İnqilabi kəşf

İlk dəfə ABŞ-ın Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) mütəxəssisləri "Perseverance” roverdə quraşdırılmış bir cihazdan istifadə edərək Mars atmosferindən oksigen əldə ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə NASA-nın açıqlamasında deyilir.

Oksigen MOXIE qurğusundan istifadə edilərək alınıb. Qeyd olunur ki, əldə edilən cəmi "təxminən 5 qram" oksigendir, bu da yalnız bir astronavtın təxminən 10 dəqiqə nəfəs almasına kifayət edə bilər. MOXIE-nin saatda 10 qrama qədər oksigen ala bilinəcəyi hesab edilir.

NASA gələcəkdə bu metodun planetə insanl uçuşları zamanı faydalı olacağını, "Marsda oksigen qəbul etməyə və saxlamağa" imkan verə biləcəyini vurğulayıb. Bundan əlavə, gələcəkdə bu cür qurğular astronavtları hava ilə təmin edə biləcək.

Qeyd edək ki, fevralın 18-də "Perseverance” Marsın Jezero kraterinin yaxınlığında eniş edib. Mütəxəssislər "Perseverance”nin köməyi ilə Marsda həyatın uzaq keçmişiylə bağlı izlər tapacağını gözləyirlər.

Bundan əvvəl NASA helikopterinin ilk uçuş sınaqlarının Marsda başladığı bildirilmişdi.
 
Alpər