Foto 10:52 26.07.2018

Marsda göl aşkarlandı (FOTOLAR)

Alimlər Marsda göl aşkar ediblər.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, göl planetin buzla örtülü cənub hissəsində yerləşir və 20 km ölçüyə sahibdir. Su kütləsi yerin 1,5 km dərinliyindədir. Gölün belə aşağı temperaturda buza çevrilməməsinə səbəb kimi böyük miqdarda duzun suda həll olması göstərilir.

Marsis radarı vasitəsilə əldə edilən informasiyada suyun qalınlığını dəqiq müəyyənləşdirmək mümkün olmayıb. 

Gülşən