Video 21:37 21.10.2018

Marşrut sürücüsü sərnişinlərin həyatını belə riskə atır (VİDEO)

Bakıda sərnişinin avtobusunun sürücüsü telefonunda oyun oynaya-oynaya sükanı idarə edib.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, xoşagəlməyən hadisə 11 nömrəli sərnişin avtobusunda qeydə alınıb.

Onun bu addımı heç də birmənalı qarşılanmır. Nəzərə alaq ki, sürücünün məsuliyyətsiz davranışı daşıdığı sərnişinlərin həyatını təhlükəyə atır.

Qeyd edək ki, sürücü əlində telefonla nəqliyyat vasitəsini idarə etdiyi üçün onu 50 manat miqdarında cərimə gözləyir.