Ölkə 20:06 24.06.2021

Masazırda 1 hektar sahə yandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

Qaynarinfo xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Yanğın Mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində 1 ha sahədə təkər tullantıları, quru ot və qamışlıq yanıb.