Video 00:03 19.08.2019

Matçda azarkeşlər arasında dava: 3 ölü, 12 yaralı (VİDEO)

Hondurasın paytaxtı Tequsiqalpada "Olimpia" və "Motaqua" komandaları arasında keçirilən futbol matçında azarkeşlər arasında dava düşüb.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, matçdan öncə olimpialı azarkeşlər Mataqua yığmasının avtobusuna hücum edib, daha sonra qarşıdurma stadiona keçib. Hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Güc strukturları məsələyə müdaxilə edib. Təhlükəsizlik tədbirləri gücləndirilib və azarkeşlərin hamısı stadiondan çıxarılıb. Çox sayda azarkeşin gözyaşardıcı qazdan zəhərləndiyi bildirilir. Sözügedən səbəbdən matç ləğv olunub. Motaqua klubu sosial şəbəkə hesabında 3 futbolçunun yaralanaraq, xəstəxanaya yerləşdirildiyini açıqlayıb.