İdman 15:08 08.02.2014

Maykon öldü


Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ağır itki ilə üzləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Pereyra de Oliveyra Maykon avtomobil qəzasında dünyasını dəyişib.

Klubdan verilən açıqlamada deyilir: "Maykon istedadlı, açıqürəkli və səmimi oğlan idi. O, həyatı sevirdi və ona müsbət enerji və parlaq rəng qatmağı bacarırdı. Faciəli qəza və vaxtsız ölüm onun kimi bir insanı bizdən alıb götürdü. Maykonun cəmi 25 yaşı var idi".

Qeyd edək ki, müqavilə ilə "Şaxtyor"a məxsus olan braziliyalı futbolçu bu mövsüm icarə əsasında "İlliçivets" klubunda çıxış edirdi.

Qaynar.info