Xəbər lenti

İdman 16:32 19.01.2024

Mbappe gəlsə, ulduz futbolçu "Real Madrid"dən gedəcək

"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior PSJ-dən fransız Kilian Mbappenin gəlişi ilə əlaqədar Madrid komandasını tərk edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Metro” məlumat yayıb.

Nəşrin məlumatına görə, Vinisius fransalı forvardın transferinə qarşı çıxıb. O, Mbappenin gəlişindən sonra klubun əsas ulduzu olmayacağından narahatdır. Əgər razılaşma baş tutsa, Vinisius "Real Madrid"dən ayrılmağa çalışacaq.

2022-ci ilin mayında media Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq "Real Madrid"lə müqaviləni təsdiqlədiyini bildirib. Lakin transfer hələ baş tutmayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->