Medvedev: “ABŞ Bayden dövründə ardıcıl anti-Rusiya siyasəti yürüdəcək”

Medvedev: “ABŞ Bayden dövründə ardıcıl anti-Rusiya siyasəti yürüdəcək”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Co Baydenin prezidentliyi dövründə ABŞ-ın ardıcıl anti-Rusiya siyasətini proqnozlaşdırdığını bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə o TASS-da yayımlanan "Amerika 2.0. Seçkilərdən sonra” məqaləsində yazıb.

"Son illərdə Ağ Evin başında kimin olmağından asılı olmayaraq, Moskva ilə Vaşinqton arasındakı münasibətlərin trayektoriyası getdikcə daralmağa başlayıb", - deyə Medvedev qeyd edir. "Daim Rusiya ilə münasibət qurmaq arzusundan danışan” Donald Trampın prezidentliyi dövründə də Moskva ilə Vaşinqton arasında sistemli qarşıdurma daha da güclənib.

"Bayden hələ Rusiya ilə bağlı müsbət heç nə deməyib. Əksinə, onun ritorikası həmişə açıq şəkildə qeyri-dostanə, sərt, hətta aqressiv olub. <...> Önümüzdəki illərdə münasibətlərimizin son dərəcə soyuq qalacağı ehtimal olunur. İndi isə sərt anti-Rusiya siyasətinin davamından başqa bir şey gözləmirik”, - o yazıb.

Eyni zamanda Medvedev Moskvanın ABŞ-ın istənilən prezidenti ilə işləməyə hazır olduğunu vurğulayıb və Bayden administrasiyasının ən azı silahlara nəzarət məsələlərində Rusiya ilə dialoqa davam edəcəyinə ümid etdiyini bildirib.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR