Xəbər lenti

Məhkəmə Putinin iqtidardan uzaqlaşdırılmasını istəyən şaman barəsində hökm verdi
Dünya 11:42 03.06.2020

Məhkəmə Putinin iqtidardan uzaqlaşdırılmasını istəyən şaman barəsində hökm verdi

Rusiyadan bir məhkəmə özünü şaman döyüşçüsü adlandıran və dövlət başçısı Vladimir Putinin iqtidardan uzaqlaşdırılması tələbi ilə gündəmə gələn Aleksandr Qabişev adlı şəxsin pxsixiatr müalicəsi görməsinə qərar verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə Yakutsk Mərkəzi Psixiatriya Xəstəxanasının qərarı əsasında belə bir hökm çıxarıb. Klinikanın rəyinə görə, Qabişev xəstəlik dərəcəsində narsizmdən əziyyət çəkir.

Qeyd edək ki, Putinin vəzifədən uzaqlaşdırılması tələbi ilə Sibirdən piyada yola çıxan və Moskvaya çatmağa çalışan Qabişev polisin keçirdiyi əməliyyatla saxlanılıb. 8 min kilometrlik yolun 3 mininci kilometrində saxlanılan "şaman döyüşçüsü" sosial şəbəkədə özünə çoxlu izləyici toplaya bilib. Onun paylaşdığı görüntülər milyonlarla baxış yığıb.

Keçən ilin martında yola çıxan Qabişev 2021-ci ildə paytaxta çatmağı hədəfləyirdi. Putinin qaranlıq güclərin adamı olduğunu hesab edən şəxs onunla ancaq bir şamanın başa çıxa biləcəyini iddia edirdi.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->