Ölkə 10:23 10.12.2019

Məhkəmələrdə KİV-lə işləmək üçün xüsusi hakimlər təyin edildi

"Məhkəmələrdə KİV-lə işləmək üçün xüsusi hakimlər təyin edilib”.

APA-nın məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş "İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda keçirilən tədbirdə Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sultanova  bildirib.

A. Sultanova deyib ki, KİV-lərlə birgə işləməyə xüsusi diqqət yetiriləcək.