Avroliqanın birinci təsnifat mərhələsində "Neftçi”nin ilk oyununun yeri dəyişdirilib.
Qaynarinfo xəbər verir ki, püşkün nəticəsinə əsasən, Bakı klubu Moldova təmsilçisi "Speranta”nı iyulun 11-də Bakıda qəbul etməli olsa da, UEFA bu oyunun yerini dəyişib.
Belə ki, "Neftçi” ilk oyununu evdə deyil, səfərdə keçirəcək. Buna səbəb Moldovanın 2 klubu - "Speranta” və "Petrokuba”nın Avroliqadakı ev oyunlarını eyni stadionda - Kişinyovdakı "Zimbru” stadionunda keçirməsidi. Püşkün nəticəsinə əsasən, hər iki Moldova təmsilçisi ilk görüşünü səfərdə, cavab matçını isə Kişinyovda keçirməliydi. Bir gündə hansısa stadionda 2 avrokubok matçının keçirilməsi qeyri-mümkün olduğundan, iyulun 11-də "Neftçi” səfərdə meydana çıxacaq.
Cavab görüşü iyulun 18-də "Bakcell Arena”da keçiriləcək.
Şərhlər