Dünya 15:20 26.03.2019

Meksika 500 il əvvəlki cinayətlərə görə İspaniyadan üzr tələb etdi

Meksika prezidenti Andres Manuel Lopez Obrador 500 il əvvəl bölgənin fəthi zamanı törədilmiş cinayətlərə görə İspaniyanın üzr istəməli olduğunu deyib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkə başçısı İspaniya kralı VI Filipə məktub göndərib. Onun sözlərinə görə, 2021-ci ildə Aztek imperatorluğunun paytaxtı Tenoxtitlanın məhvinin 500 illiyi ərəfəsində ictimaiyyətdən üzr istənilməsi tam barışıq üçün yeganə həll yoludur.

"Twitter"də yayımlanan videoda prezident Papa Fransisə də buna bənzər məktub göndərdiyini bildiib.

İspaniya hökuməti isə Meksikanın bu tələbinə görə təəssüf hissi keçirdiklərini açıqlayıb. Bildirilib ki, 500 il öncə ispanların bölgəyə gəlməsi mövcud standartlarla mühakimə edilə bilməz.