Ölkə 15:30 10.05.2021

Məktəblər məcburi vaksinasiyaya görə açılır? - Təhsil eksperti

"18 yaşından aşağı olan, xüsusən orta ümümtəhsil məktəblərində təhsil alan şəxslərin vaksinasiyaya cəlb edilməsi nəzərdə tutulmur".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sosial şəbəkələrdə orta ümümtəhsil məktəblərində oxuyan şagirdlərin məcburi qaydada vaksinasiya olunacağı ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. O bildirib ki, mayın 17-dən sonra orta ümümtəhsil məktəblərində tədrisin bərpası şagirdlərə məcburi vaksin vurulması məqsədi daşımır:
 
 

"4446 orta ümümtəhsil məktəbində təhsil alan 1,6 milyon şagirdin vaksinasiyaya cəlb edilməsi gözlənilmir. Hazırda bu, nəzərdə tutulmur. Yalnız orta ümümtəhsil məktəblərində 150 min müəllim, eyni zamanda 30 minə yaxın texniki işçi, ali təhsil müəssisələrində 35 min, eyni zamanda yaşı 18-dən yuxarı tələbələrin vaksinasiyaya cəlb edilməsi nəzərdə tutulur".

Bahar Rüstəmli