Xəbər lenti

Məleykə Əsədova:
Maqazin 16:02 08.01.2018

Məleykə Əsədova: "Onları Seyid Lazım Ağaya tapşırıram"

Xalq artisti Məleykə Əsədova Seyid Lazım ağa ziyarətgahında "Quran" əvəzinə Hacı Xavər Xanımın "Allaha pənah, Allaha təvəkkül" kitabını öpərək alnına qoymasıyla bağlı yazılan xəbərlərə münasibət bildirib.

Qaynarinfo-nun məlumatına görə, aktrisa Ölkə.Az-a açıqlamasında bildirib ki, sözügedən kitabda "Quran" ayələri olduğu üçün onu öpüb:

"Mən hər gün evimdə Allaha səcdə edirəm, onunla danışıram, dualar edirəm. İçində "Quran" ayəsi olan bütün kitabları öpüb, alnıma qoyuram. O kitabın da içərisində müqəddəs kitabımızdan ayələr var. Hətta ölkədən kənarda olanda da Allaha səcdə edirəm. 
Hətta Amerikaya da getsəm, özümlə "Quran" ayələri olan kitablar aparıram, dualar edirəm. 

Ziyarətgahalara gedəndə isə məni sevənlər, əzizlərim, doğmalarım, xalqımız və bütün yaxşı insanlar üçün dualar edirəm. Ağdamda da dedim ki, Allahım, Seyid Lazım Ağa xatirinə məni sevənlərə, gözəl ürəkli insanlara kömək ol, məni istəməyənlərlə də özün bil. Bunu reytinq xatirinə yazan insanları da Seyid Lazım Ağaya tapşırıram. Görüm o dünyada həmin reytinq onlara kömək olacaqmı?

Qeyd edək ki, aktrisanın ziyarətgahı ziyarət edərkən çəkilib paylaşılan videosu müzakirələrə səbəb olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->