Xəbər lenti

Məğlub Nikolun boş təsəllisi...
Fərid Azəri
Siyasət 19:43 28.11.2020

Məğlub Nikolun boş təsəllisi...

Məğlubiyyətin acısını yaşayan Ermənistanda narazı kütlə gecə saatlarında baş nazir Nikol Paşinyanın kortejinin yolunu kəsməyə çalışıb. Polis dərhal kütləni ərazidən uzaqlaşdırmağa cəhd göstərib. Cəhbədəki rüsvayçı məğlubiyyətdən sonra Ermənistanda narazılıqlar səngimir.

Nikol Paşinyan isə bildirir ki, guya onlar hələ məğlub olmayıblar və qələbə irəlidədir. Boş təsəlli ilə həm özünü, həm də xalqını aldatmağa çalışan Nikol yalanı bir-birinin ardınca danışmaqla, xalqının gözünə kül üfürmək istəyir...

Bunu müxalifətdə də yaxşı başa düşürlər deyə, hər kəs Paşinyanın istefasını tələb edir. Lakin məğlub Nikol istefa verməyə hazırlaşmır. 

Ay Nikol, nə qədər tab gətirəcəksən narazılıqlara? Sonda sənin özünü Yerevanın mərkəzi meydanından asacaqlar, özü də üzüaşağı.

Nikol demişkən, soyadı Paşinyan olan bu kokeyşn biro disaydid ki, Karabax tu bi e part of Azerbaycan.

Belə bir söz var, get o tərəfdə oyna. O ki Cıdır düzündə oynayırdın eee, daha bu kimi nömrələrin keçməz, Ay Nikol...

Onsuz da vaxtına az qalıb. Qulağının dibindən istefa qoxusu gəlir, amma hələ getmə. Qoy sənin üzərindən Azərbaycan ordusunun tankından sonra bir də elə öz xalqın əzsin. O xalq ki, səni hakimiyyətə gətirməklə, həyatının ən böyük qələtini eləyib. Qələt isə ərəb sözü olmaqla, səhv deməkdi, pis başa düşmə.

Vaxt gələcək, sənin heykəlini Limpopo ölkəsində ucaldıb, ən rüsvayçı baş nazir yazacaqlar. Qoy yazsınlar, axı bir vaxt sənin özün də yazırdın, guya dırnaqarası jurnalist idin. Bəs deyirdin Karabakh tu  bi e part of Armenia?! Bəs nooldu, Paşinyan? Bu sözün də "respublikanın" statusu kimi cəhənnəmə getdi! Gorbagor oldu!

Nikol! Aaaay Nikol! Eşitsənmi, Dığa! Yoxdu status!

Fərid Azəri -....

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->