İdman 21:38 25.01.2022

Məmmədyarov Karlsenə uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

Qaynarinfo xəbər verir ki, 37 yaşlı qrossmeyster XIX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?