Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, 37 yaşlı qrossmeyster XI turda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 23-cü gedişdə heç-heçəyə razılaşıb.
Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Azərbaycan təmsilçisi hələlik 4-cü pillədə qərarlaşıb. Günün digər görüşlərindən sonra Məmmədyarovun mövqeyində dəyişiklik ola bilər.
Turnir cədvəlinə isə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.
Şərhlər