Xəbər lenti

Mənzildən 88 yaşlı qadının meyiti tapıldı - Bakıda
Ölkə 23:00 08.04.2016

Mənzildən 88 yaşlı qadının meyiti tapıldı - Bakıda

 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qaynar.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1928-ci il təvəllüdlü Amirova Yelena Fyodorovnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:26-da başa çatıb. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->