Dünya 11:23 26.01.2021

Merkel Baydeni Almaniyaya dəvət etdi: “COVİD imkan verən kimi...”

Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Co Bayden ilə telefon danışığı aparıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Seibert məlumat verib. O bildirib ki, söhbət əsnasında Merkel Baydeni vəzifəyə gəlməsi münasibətilə təbrik edib və ABŞ-ın ÜST-ə qayıtmasını və iqlim dəyişikliyi ilə əlaqədar Paris Sazişinə qayıtmasını alqışlayıb. 

Liderlər ilk növbədə İran və Əfqanıstan, eləcə də koronavirus və xarici siyasət məsələləri ilə mübarizə üzrə beynəlxalq səyləri də müzakirə ediblər.
Merkel Baydeni "pandemiyanın vəziyyəti imkan verdiyi anda" Almaniyanı ziyarət etməyə dəvət edib.
 
Alpər