Almaniya kansleri Angela Merkellə Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşüb.
Əvvəlcədən xəbər verildiyi kimi, heyətlərarası görüşdən sonra KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib.
Baxtedze açıqlamasında Almaniyanın Gürcüstan üçün önəmli və etibarlı tərəfdaş olduğunu bildirib: "Torpaqlarımızın 20 faizi Rusiya tərəfindən işğal edilib. Rusiya hərbçiləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq hələ də Gürcüstan torpağındadırlar. 2008-ci ildən bəri Cənubi Osetiya və Abxaziya işğaldadır. Biz sülh istəyirik”.
Kansler də öz növbəsində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini ifadə edib: "Sonuncu dəfə Gürcüstana 10 il öncə gəlmişdim. O zaman atəşkəs sazişi imzalanmışdı. Həmin vaxt rus əsgərlərinin Gürcüstandan çıxmasını qəti şəkildə tələb etmişdim və təbii ki, 10 il sonra da ölkənin ərazi bütövlüyünü dəstəkləyirəm”. (virtualaz.org)
Şərhlər