Xəbər lenti

Mərkəzi Bank uçot dərəcəsini endirdi
Ekonomiks 11:26 26.04.2019

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bank uçot dərəcəsini endirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib.

Qərara əsasən, uçot dərəcəsi 9 faizdən 8,75 faizə endirilib. Sədrin sözlərinə görə, qərar Mərkəzi Bankın İdarə Heyətinin iclasında qəbul edilib. 

E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% səviyyəsində müəyyən olunub. O əlavə edib ki, bu qərarı qəbul edərkən Mərkəzi Bank həm ölkədə gedən markoiqtisadi prosesləri, həm də əlverişli xarici mühiti nəzərə alıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->