Ölkə 14:25 16.07.2019

Mərkəzi prospektdə qəza: tıxac yarandı

Bakının mərkəzi prospektlərindən birində qəza baş verib.

Qaynarinfo-nun məlumatına görə, hadisə bir qədər əvvəl Tbilisi prospektində qeydə alınıb. Üzü şəhər istiqamətində baş verən qəza avtomobillərin hərəkətində problem yaradıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur.