Dünya 10:54 13.09.2018

Məşhur aktyor həbs edildi

Məşhur ispan aktyor Villi Toledo həbs edilib.

Qaynarinfo xəbər verir ki, 48 yaşlı Toledo ötən il sosial şəbəkədə yazdığı mətnə görə Həzrəti Məryəm və Tanrını təhqirdə ittiham edilirdi. Xristian Vəkillər Dərnəyi tərəfindən məhkəməyə verilən Toledo heç bir cinayət işləmədiyini və buna görə də məhkəməyə gəlməyə ehtiyac olmadığını bildirirdi. Nəticədə Villi Toledo məhkəmə prosesində iştirak etmədiyinə görə haqqında həbs qərarı çıxarılıb və tutulub.

Gülşən