Dünya 09:50 18.09.2020

Məşhur "Forrest Qamp" kitabının müəllifi vəfat etdi

"Forrest Qamp" kitabının müəllifi Vinston Qrum vəfat edib.

Qaynarinfo xəbər verir ki, tanınmış yazıçı 78 yaşında ABŞ-da dünyasını dəyişib.

"Əziz dostumuz Vinston Qrumun vəfat etdiyini böyük bir kədər hissi ilə xəbər verirəm", - şəhər başçısının məlumatında deyilir.

Qeyd edək ki, 1986-cı ildə yazılan "Forrest Qamp” Oskar mükafatının altı nominasiyasında qalib olmuş eyni adlı filmdən sonra daha da məşhurlaşıb. 
Müəllif "Forrest Qamp” kitab seriyasından əlavə, bir neçə non-fikşn janrında kitab da nəşr etdirib.

Alpər