Video 15:20 26.02.2019

Məşhur ifaçı vəfat etdi

Məşhur "Talk Talk" sinti pop qrupunun yaradıcısı Mark Hollis 64 yaşında dünyasını dəyişib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Hollis "Talk Talk"u 1981-ci ildə qurub. O, qrupda vokalist, gitaraçı, sintez ifaçısı və söz yazarı kimi çıxış edib. 1991-ci ildə fəaliyyəti dayanan qrup bir çox populyar ifaların müəllifidir. Hollis qrup dağılandan sonra solo karyerasına başlayıb və 2000-ci illərdə musiqi sahəsindən ayrılıb.