Dünya 11:05 22.07.2019

Məşhur komediyaçı səhnədə öldü

Hindistanlı "stand-up"çı Mancunat Naydu səhnədə ürəktutmasından ölüb.

Qaynarinfo xəbər verir ki, Hindistanın məşhur komediyaçılarından olan M.Naydu Dubayda çıxışı zamanı yerə yıxılıb. 36 yaşlı "stand-up"çının bu hərəkəti tamaşaçılar tərəfindən şounun tərkib hissəsi kimi qəbul edilsə də, daha sonra M.Naydunun halının pisləşdiyi müəyyənləşib. Təcili tibbi yardım çağırılsa da, komediyaçının həyatını xilas etmək mümkün olmayıb. 

Gülşən