Dünya 11:10 26.05.2020

Məşhur milyarder və qumarbaz 94 yaşında öldü

Keçmiş Portuqaliya koloniyası olan Makaoda sıfırdan impeatorluq quraraq, Asiyanın ən zəngin adamlarından birinə çevrilən və qumarxanalar kralı ləqəbi ilə məşhur olan milyarder Stenli Ho 98 yaşında ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Çinin Dövlət Televiziyası məlumat yayıb. O, uzun müddətdir ki, xəstə idi.

Bir vaxtlar sevgilisinin tövsiyəsilə qumar oynamağa başlayan Stenli daha sonra bu gün 4 milyard dollar dəyəri olan SJM şirkətini təsis edib.

Onun 4 həyat yoldaşı və 17 övladı var. 2012-ci ildə sərvətinin ailə üzvləri arasında bölüşdürülməsi zamanı yaşanan qalmaqalın ardından işini yenidən tənzimləmək məcburiyyətində qalıb.

Qeyd edək ki, kazinolar dediklə ağıla ilk olaraq Las Veqas şəhəri gəlsə də, əslində dünyanın ən böyük qumarxanası Makaoda yerləşir. Və təsadüfi deyil ki, Makaonu "Asiyanın Las Veqası" adlandırırlar.

Camal