SpaceX, Tesla Motors kimi şirkətlərin qurucusu olan məşhur amerikalı mühəndis Elon Mask 2060-cı ilə qədər baş verəcək proseslər barədə proqnozlar verib.
"Qaynarinfo" xəbər verir ki, son dövrlərdə səs-küylü açıqlamaları, layihələri və iddiaları ilə diqqət çəkən Mask 2060-cı ilə qədər baş verəcək ciddi hadisələri açıqlayıb:
2018 - İnsanlar təkrar istifadə edilə bilən raketlərlə uzaya gedəcək.
2024 - Süni intellekt insanlar üçün ciddi təhlükəyə çevriləcək.
2025 - İnsan Marsa ayaq basacaq.
2027 - İstehsal edilən maşınların çoxu elektrik enerjisi ilə işləyəcək.
2033 - Günəş əsas enerji qaynağına çevriləcək.
2037 - Avtomobillərin sükanı olmayacaq.
2040 - İnsanlar Marsda şəhər yaradıb kaloniya salacaq.
2040 - Süni intellekt insanı hər sahədə qabaqlayacaq.
2060 - 1 milyon insan Marsda yaşayacaq.
Gülşən
Qaynarinfo.Az
Şərhlər