Dünya 13:16 25.01.2022

Məşhur şirkət rəhbəri olmaq, yoxsa kamera önündə rəqs etmək: Kim daha çox qazanır?

Çində yaranan, bu gün dünyanın bir çox ölkəsində geniş istifadəçi kütləsi olan Tik-Tok sosial platforması həm də istifadəçilərinə gətirdiyi gəlirləri ilə də çox məşhurlaşıb. 

Qaynarinfo xəbər verir ki, The Wall Street Journal ən məşhur tiktokerlərin 2021-ci ildə qazandığı gəlirləri açıqlayıb. 

Onlar ümumilikdə 2021-ci ildə 55 milyon dollar qazanıb. 

Jurnalın yazdığına görə, dünyanın ən varlı tiktokerləri Charlie və Dixie D'Amelio bacılarıdır. Onlar bir il ərzində27,5 milyon dollar qazanıblar.

Rus internet ulduzlarının gəlirləri də kifayət qədər gözqamaşdırıcı olub. Belə ki, 7 yaşlı Nastya Radzinskaya "Like Nastya” YouTube kanalında 28 milyon dollar, tiktoker Danya Miloxin isə 1,5 milyon dollar qazanıb.

Jurnal həm də tiktokerlərin gəlirlərini dünyanın məşhur şirkətlərinin top-menecerlərinin gəlirləri ilə də müqayisə edib və belə qənaətə gəlib ki, kamera qarşısında rəqs etmək şirkət idarə etməkdən daha çox gəlir gətirir. Exxon Mobil şirkətinin top-meneceri bir il ərzində 15,6 milyon dollar, Starbucks-ın meneceri 14,7 milyon dollar və McDonald's-ın top-meneceri 10,8 milyon dollar qazanıbsa, ən məşhur tiktokçu bacıların gəlirləri isə 27,5 milyon dollar olub.
 
Günay

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?