Məşhur yazar 17 yaşlı türk çempiona kitab həsr etdi

Məşhur yazar 17 yaşlı türk çempiona kitab həsr etdi

Braziliyalı yazıçı Paulo Koelyo türkiyəli oxatan Mete Qazoza kitab həsr edib.

Qaynarinfo "NTV Spor"a istinadən xəbər verir ki, məşhur yazıçı "Oxatan" ("The Archer") adlı romanını Tokio-2020-də qızıl medal qazanan 17 yaşlı Mete Qazoza həsr edib. Braziliyalı yazar bu haqda şəxsi "Tvitter" səhifəsi vasitəsilə məlumat verib. O, yazdığı kitabı Tokio-2020-də kamandan oxatma idman növü üzrə ilk qızıl medalı qazanmış Qazoza həsr etdiyini açıqlayıb. 74 yaşlı yazar paylaşımında "Ox atma dahisi bu da mənim əsərim. Bu kitab sənə həsr olunmuşdur" sözlərini yazıb. 

Koelyonun "Oxatan" kitabı digərləri kimi macəra janrında yazılıb. Ox ilə anlam arayışını bir araya gətirən kitabın mövzusu ölkənin ən mahir oxçusu olan və kənddə xarrat kimi fəaliyyət göstərən Tetsuyaya uzaq diyarlardan gələn birinin meydan oxumasından bəhs edir O, da meydanoxumanı qəbul edərək oxçuluq fəlsəfəsini həm əcnəbiyə, həm də kəndin dəliqanlılarından birinə öyrədəcək. Koelyo kitab haqqında danışarkən "Qələmə aldığım bu mətndə yay, ox, hədəf və oxatan eyni inkişaf mexanizminin bütünləyici bir parçasıdır" sözlərini söyləyib. 

17 yaşlı Mete Tokio-2020-də fərdi oxatma kateqoriyası üzrə yarışlarda italyan rəqibini 6:4 hesabı ilə məğlub edərək Türkiyədə bu idman növü üzrə ilk qızıl medalın sahibi olub.
 
Yazıçının "Kimyaçı" əsəri başda olmaqla 84 dildə yayımlanan bütün kitabları ümumilikdə 320 milyon ədəd satılıb. 

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X