Xəbər lenti

Məşhurlarımızın unudulmaz xitabları: Div, qarğa, tramvay nömrəsi
Maqazin 20:17 30.07.2019

Məşhurlarımızın unudulmaz xitabları: Div, qarğa, tramvay nömrəsi

Şou-biznesi qalmaqalsız təsəvvür etmək mümkün deyil. Sənətçilərimiz arasında olan bu qalmaqallar bizi zaman-zaman qıcıqlandırsa da, oxucuları əyləndirən tərəfləri də olub. Xüsusilə, onların bir-birinə mediadan etdiyi maraqlı xitablar hələ də bir çoxlarının ağlındadır.

Qaynarinfo axşam.az-a istinadən oxuculara qalmaqallarda məşhurlarımızın bir-birinə etdiyi yaddan çıxmayan xitabları təqdim edir:

Mərhum Xalq artisti İlhamə Quliyeva Dünya Sülh səfiri olduğunu desə də, qalmaqalda ən çox adı hallanan müğənni idi. Onun Əməkdar artist Elza Seyidcahana "Kolxoz bazarlarının kraliçası” xitabı unudulmazlar arasındadır.

Xalq artisti Aygün Kazımova isə müğənni Roza Zərgərli ilə dava edərkən onu "Şıntıramella” adlandırmışdı. Bu müraciət forması hələ də ağıllardadır.

Aygün Kazımova digər qalmaqalında isə Elza Seyidcahana "div” demişdi.

Xalq artisti Brilliant Dadaşova isə Aygün Kazımova ilə qalmaqalında ona "tramvay nömrəsi” deyə, müraciət edib.

Teleaparıcı Elgiz Əkbər müğənni Əli Mirəliyevi birlikdə apardıqları verilişdə mübahisə edərkən "Tükü tökülmüş qarğa” adlandırıb.

Əməkdar artist Aygün Bəylər "Səhər-səhər” verilişində yalançı toy xəbərindən danışarkən Elgiz Əkbəri nəzərdə tutaraq "Dilxor olub manıs” sözlərini işlədib.

Aktrisa Tunay Nağıyeva həmkarı Pərvin Abıyevanı "1000 manatlıq” adlandıraraq mətbuatda unudulmaz xitab edənlər sırasında yer alıb.

Əməkdar artist Röya Ayxan müğənni Elnarə Xəlilovanı İnstaqramında lağa qoyaraq "stildar”, "bilikdar” deyə, müraciət etmişdi.

Natavan Həbibi isə Röyanın ünvanına "5/5” proqramında "İndi də "Röyaya çuşka” deyirik” ifadəsini işlətmişdi.

Müğənni Əli Mirəliyev həmkarı Rəqsanə İsmayılovaya "Space” TV-də "Reks”  deyə, müraciət etmişdi. O, buna səbəb kimi həyətindəki itinin adını misal çəkmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->