İdman 10:20 11.10.2017

Messi Argentinanı bu dəfə də xilas etdi (VİDEO)

"DÇ-2018"in Cənubi Amerika zonasında seçmə mərhələyə yekun vurulub.

"Qaynarinfo" xəbər verir ki,  Braziliyadan sonra daha 3 komanda Rusiyada keçiriləcək mundiala vəsiqə qazanıb. Bütün diqqətlər isə Argentina - Ekvador oyununa cəmlənib.

Lionel Messinin kapitanı olduğu komandanı mundiala yalnız qələbə çıxara bilərdi. Argentina məhz superulduzunun sayəsində bu arzusuna çatıb.

Messinin vurduğu 3 qola ekvadorlular yalnız bir dəfə cavab verə biliblər. Argentinaya Uruqvay və Kolumbiya da yoldaş olub.

Braziliyaya məğlub olan Çili kənarda qalsa da, 5-ci yeri tutan Peru "play-off"da Yeni Zelandiya ilə üz-üzə gəlmək şansı əldə edib.


Gülşən

Qaynarinfo.Az