Messi ən yaxşı oyunçu seçildi

Messi ən yaxşı oyunçu seçildi

İspaniya La Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, "Barselona"nın hücumçusu Lionel Messi ötən ayın ən yaxşısı seçilib. 33 yaşlı oyunçu fevralda meydana çıxdığı 5 matçda 7 qol vurub.

Qeyd edək ki, Messi səsvermədə Aleksandr İsak ("Real Sosyedad"), Yassin Bunu ("Sevilya"), Tibo Kurtua ("Real"), Aleks Berenqer ("Atletik"), Nabil Fekir ("Betis") və  Xose Luis Moralesi ("Valensiya") qabaqlayıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR