Argentinalı prokuror Pablo Turano "Barcelona" klubunun ulduz futbolçusu Lionel Messini çirkli pul yumaqda ittiham edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, istintaq qrupu "Leo Messi" xeyriyyə fondunun fəaliyyətini yoxlamaq istəyir. Müfəttişlər fondun çirkli pul yumaqla məşğul ola biləcəyini istisna etmirlər. Fonddan dəniz zonalarına pul köçürmələri da şübhələri artırır.
Prokuror xeyriyyə fondunun köhnə işçilərindən biri ilə söhbət etdikdən sonra Messini ittiham edib. O, layihələr üçün ayrılan pulların təyinatı üzrə xərclənmədiyini iddia edib.
Qeyd edək ki, 2017-ci ildə də Messiyə qarşı ittiham irəli sürülmüş, o, 4,1 milyon avro dəyərində vergidən yayınmaqda günahlandırılmışdı. Həmin vaxt Messi 21 ay müddətinə həbs oluna bilərdi, lakin hakim həbs cəzasını 250 min avro pul cəzası ilə dəyişdirməyi qəbul etmişdi.
Şərhlər