Messi komanda yoldaşlarını danladı

Messi komanda yoldaşlarını danladı

"Barselona”nın kapitanı Lionel Messi komanda yoldaşlarını danlayıb.

Qaynarinfo xəbər verir ki, futbolçu La Liqasının 5-ci turunda "Qranada"ya uduzduqları (0:2) görüşdə "Barselona"nın futbolçularının oyunundan narazı qalıb. Argentinalı hücumçu matçdan sonra paltardəyişmə otağında komanda yoldaşları ilə kobud şəkildə danışaraq onlardan zəif oyun görə izahat istəyib.

Qeyd edək ki, zədə səbəbindən mövsümün əvvəlindəki görüşləri buraxan Messi, "Qranada” ilə qarşılaşmada ikinci hissədə meydana daxil olub. "Barselona” 5 turdan sonra 7 xalla 8-ci yerdədi. 
XƏBƏRLƏR
BLOGLAR