"Barselona" klubunun hücumçusu Lionel Messi hələ də komandası ilə müqavilə yeniləməyib.
Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, argentinalı futbolçu 5 illik müqavilə üçün rəhbərlikdən ilinə 25 milyon avro tələb edir.
Komandada ilinə 18-20 milyon avro qazanan Neymarın "Barselona"ya gəlişindən sonra Messinin əmək haqqının artırılmasını istədiyi bildirilir. Kataloniya təmsilçisinin hazırda ilinə 16 milyon avro qazanan Messinin bu istəyini yerinə yetirib-yetirməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Messinin "Barselona"da qalmayacağı təqdirdə İngiltərənin "Mançester Siti" klubuna keçəcəyi iddia olunur.
Qaynar.info
Şərhlər