Mesut Özil:

Mesut Özil: "Azərbaycana salam göndərirəm"

"Sadəcə "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərirəm və təşəkkürümü bildirirəm".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində deyib.

33 yaşlı yarımmüdafiəçi bildirib ki, həmişə "Fənərbağça" azarkeşi olub və elə də qalacaq: ""Nə deyəcəyimi bilmirəm. Həyəcanlı və xoşbəxtəm. Bu, iki tərəf üçün möhtəşəm bağlantı olacaq. İnanıram ki, meydanda komandama kömək edəcəyəm. Yeni klubuma inanıram. Burada olduğum üçün xoşbəxtəm. Uşaqlıqdan bu komandaya azarkeşlik edirəm. Kimlərsə, "Beşiktaş"ın, "Qalatasaray"ın fanatı olurdusa, mən "Fənərbağça" azarkeşi olurdum. Yəni, özüm-özümü "Fənərbağça"lı etdim".

Ulduz futbolçu böyük klublarda oynadığını xatırladıb: "Fənərbağça" fərqlidir, əlimdən gələni edəcəyəm. İnanıram ki, hər şey yaxşı olacaq. Burada olmaqdan qürur duyuram. Ən qısa zamanda meydana çıxıb, komandama kömək etmək istəyirəm. Uşaqlıqdan bəri bu klubun formasını geyinməyin xəyalını qurmuşam".

Özil avrokuboklarda da uğur qazana biləcəklərini sözlərinə əlavə edib: "Hədəfimiz təkcə Türkiyə deyil. Avropada da ölkəni təmsil etmək istəyirik. Çempion olacağımıza inanıram. Komandamız hər mövsüm çempionluq üçün mübarizə aparır. İnanıram ki, hazırkı mövsüm bunu bacaracaq və Superliqanı qazanaraq, Çempionlar Liqasında çıxış edəcəyik".

Yarımmüdafiəçi Bundesliqaya qayıtmaq ehtimalının olmadığını vurğulayıb. O, Almaniya yığması seçimi ilə bağlı qərarının artıq keçmişdə qaldığını bildirib: "Kaş daha əvvəl "Fənərbağça"ya gələrdim. Ölkə xaricində tənhalıq hiss etmədim. Oynamağımla bağlı dəqiq vaxt deyə bilməyəcəyəm. Ən qısa müddətdə oynayacağımı ümid edirəm. Daha əvvəl Türkiyəyə gələndə stadiona gedəndə oyunları izləmək istəyirdim, alınmırdı. İndi isə komanda yoldaşlarımla birlikdə yaxşı oyun sərgiləyəcəyimizə inanıram".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR