Mesut Özil rəsmən

Mesut Özil rəsmən "Fənərbağça"da

Türkiyənin "Fənərbağça" klubu yeni transferi Mesut Özillə 3,5 illik müqavilə bağlayıb.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, türk əsilli hücumameylli yarımmüdafiəçi sözləşməyə imza atdıqdan sonra məşqə çıxıb.

33 yaşlı oyunçunun keçidi "sarı-lacivərdlilər"ə havayı başa gəlib. Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul təmsilçisi ilə rəsmən anlaşıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə o, vurğulayıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR